“The Business Year” Jurnalı Qafqaz universitetindən yazdı.
“The Business Year”da “Qafqaz” haqqında yazı dərc edib.
Ötən günlərdə Bakıda dünyanın aparıcı nəşrlərindən olan “The Business
Year” jurnalının ölkəmizə həsr olunan növbəti xüsusi buraxılışının
təqdimatı keçirilib.
Xüsusi buraxılış barədə məlumat verən jurnalın
meneceri Betul Çakaloğlu “Avroviziya 2012” mahnı müsabiqəsinə həsr
olunan buraxılışda 160-dək hökumət və iş adamının, o cümlədən Prezident
İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun
prezidenti Mehriban Əliyevin müsahibələrinin yer aldığını bildirilib.
Jurnalın redaktoru Ceyson Nesh son illər Azərbaycanın dünyada artan
nüfuzundan, iqtisadi və siyasi cəhətdən əldə etdiyi nailiyyətlərdən
danışıb.
C. Nesh bütün bunları nəzərə alaraq, jurnalın daha bir
buraxılışının Azərbaycana həsr olunduğunu deyib.
O, xüsusi buraxılışda
Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, siyasi-sosial həyatı barədə
maraqlı məqalə və müsahibələrin dərc olunduğunu bildirib.
Qeyd edək ki, jurnalda Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniçin müsahibəsi də dərc olunub.
Qafqaz Universiteti Mətbuat xidməti.