Qafqaz Universitetində İKT-nin inkişafı müzakirə edilib

Qafqaz Universitetində “Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı” mövzusunda seminar keçirilib.
Gün.Az xəbər verir ki, Qafqaz Universitetindən verilən xəbərə görə, seminarda universitetin rektoru, professor Əhməd Saniç görkəmli dövlət xadimi Heydər Əliyevin informasiya-kommunikasiya texnologiyalarının inkişafına daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Prezident İlham Əliyevin həyata keçirdiyini bildirib.

“Aztelekom” İstehsalat Birliyinin (İB) baş direktoru Məhəmməd Məmmədov da prezident İlham Əliyevin informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdırıb.

“Müasir dünyada İKT-nin mühüm rolu var. Bu sahənin inkişafı üçün ölkə əhalisində çoxlu sayda əhəmiyyətli tədbirlər həyata keçirilib, uğurlar əldə olunub. Hazırda bu istiqamətdə mühüm layihələr həyata keçirilir”.

Tədbirdə Qafqaz Universitetinin rektoru qonağa günün xatirəsi olaraq plaket təqdim edib.

Mirvari Kamilqızı
Gün.Az
http://gun.az/hitech/38346

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF