“Çağ” Öyrətim İşlətmələrinin 20 illik yubileyi Qubada təntənə ilə qeyd olundu


Quba Şəhər Mədəniyyət Evində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə, Azərbaycanın müstəqilliyinin müstəqilliynin bərpasının və "Çağ" Öyrətim İşlətmələrinin fəaliyyətə başlamasının 20 illik yubileyi münasibəti ilə "Təhsil millətin gələcəyidir" adlı geniş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal marşını oxuyublar. Daha sonra "Çağ" Öyrətim İşlətmələrinin 20 illik fəaliyyətindən bəhs edən video çarx nümayiş olunub.

Tədbirdə Quba Özəl Türk Liseyin müdiri Mustafa Alagözoğluna çıxış edərək  rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti və təhsildə əldə etdikləri nailiyyətləri barədə söhbət açıb. M. Alagözoğlu bildirib ki, Azərbaycana ilk dəfə 1997-ci ildə Beynəlxalq Fənn Olimpiadalarından medalı Quba Özəl Türk Liseyinin şagirdləri gətirib. TQDK-nın ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda ilk dəfə 2008-ci ildə 700 bal toplayan məzun da bu liseyin məzunu olub. 19 illik fəaliyyətində 545 məzun yetirən Quba Özəl Türk Liseyi, Beynəlxalq Fənn olimpiadalarından 46 medal qazanmış, məzunlarının 98%-i respublikanın və dünyanın bir çox universitetlərinə müvəffəqiyyətlə qəbul olunmuşdur. Ali məktəblərə qəbul imtahanlarında 35 məzun 600-dən yuxarı bal toplamışdır.

"Çağ" Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren çıxışında  bildirib ki, dünyanın hansı ölkəsinə gedilsə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, hüququnun müdafiəsində o ölkələrdə təhsillərini davam etdirən və çalışan, şirkətin tədris müəssisələrinin yetirmələri Türkiyə-Azərbaycan Diasporalarının fəaliyyətinin fəal iştirak etdiklərinin şahidi olmaq olar. Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan “Çağ”ın Azərbaycan-Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərində körpü olduğunu, müstəqil Azərbaycanın çiçəklənməsində təhsil sahəsində böyük  töhfələr verdiyini deyib.

Tədbirdə iştirak edən Quba Rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Ağayev Beynəlxalq Fənn və layihə Olimpiadalarında fərqlənən şagirdləri mükafatlandırıb. Məzun olacaq şagirdləri də təbrik edib. İcra Başçısı çıxış edərək, Quba Özəl Türk Liseyinin təhsildə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.  onlara yeni-yeni uğurlar arzulayıb. M. Ağayev təhsildə fərqlənən şagirdlərin həvəslənməsi üçün müxtəlif hədiyyələrin verilməsini və ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplayan şagirdlərə qiymətli hədiyyələr, hətta avtomobil belə verilməsi təşəbbüsünü irəli sürüb. Bunun hər il keçirilməsini arzuladığını bildirib. Çıxışının sonunda “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinin pedaqoji kollektivinə təhsildə uğurlar arzulayıb.

Tədbirin bədii hissəsində tanınmış estrada ulduzu Elariz Məmmədoğlu və müğənnilər mahnılar ifa ediblər.

Tədbirdə Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Mesut Kurnaz, Quba Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Yusif Abidov, Daxili İşlər nazirliyinin Quba Rayon Polis şöbəsinin rəisi Seyfulla Əzimov, 3 saylı Ərazi Vergilər idarəsinin rəisi Vidadi Kərimov və Hərbi Komissar İslam Məmmədov iştirak ediblər.  
http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/609-cag-oeyrtim-isltmlrinin-20-illik-yubileyi-qubada-tntn-il-qeyd-olundu.html

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF