“Qafqaz”da IV Gənclik şənliyi keçirilib

Dünən Qafqaz Universitetinin şəhərciyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə “IV Gənclik şənliyi” adlı tədbir keçirilib. “Qafqaz”ın özfəaliyyət dərnəklərinin konsert proqramı ilə başlayan şənlik tanınmış şou ulduzlarının iştirakı ilə davam etdirilib. 
Tədbirdə tələbələr arasında bu tədris ilində daha fəal olanlarla bağlı aparılan sorğunun nəticələri də açıqlanıb. Nəticələrə görə, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında xüsusi xidmətləri olan şəxs, Qənirə Paşayeva ilin vətənpərvər millət vəkili, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ilin idman adamı, Əməkdar artistlər Mənsum İbrahimov və Tünzalə Ağayeva ilin müğənniləri, Embawood şirkətinin baş direktoru Elşad Abbasov və “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan ilin iş adamları elan olunublar. Onlara diplomlar “Qafqaz”ın  rektoru, professor Ahmet Saniç tərəfindən təqdim edilib. Tədbirdə çıxış edən Nərgiz Paşayeva universitetin müəllim və tələbə heyətinə minnətdarlığını bildirərək, “Qafqaz”ın fəaliyyətini yüksək qiymətləndirib. 
Tədbir münasibətilə universitet şəhərciyində tələbələrin bədii və intellektual yaradıcılığının məhsulu olan əsərlərdən, rəsmlərdən, əl işlərindən, maketlərdən və s. ibarət sərgi nümayiş olunub. 
Qeyd edək ki, Heydər Əliyevin anadan olması münasibətilə təşkil edilən “Gənclik şənliyi” hər il ənənəvi olaraq Qafqaz Universitetinin şəhərciyində geniş bayram proqramı ilə keçirilir.
Elvin Əliyev
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43424

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde