15 may 2012-ci il tarixində Qafqaz
Universitetində rektor Prof. Ahmet Saniçin təklifi ilə “Ortaq türkcə”
mövzusunda Azərbaycanın tanınmış dilçi alimləri ilə görüş keçirilmişdir.
Görüşdə Qafqaz Universitetinin rektoru, prof. Ahmet Saniç, pedaqoji
fakültənin dekanı, dos. Erdal Karaman, Azərbaycan dili və ədəbiyyatı
bölməsinin müdiri, prof.Akif Hüseynli, dekan müavini, f.d. İslam
Heseynov, bölmə müdir müavini f.d. Emin Ağayev, Universitetin
müəllimləri dos. Məmmədəli Babaşlı, b/m. Rəhman Quliyev, Tural
Mirzəliyev, AMEA Dilçilik İnstitutunun direktoru, prof. Fəxrəddin
Veysəlli, elmi işlər üzrə direktor müavini, prof. Məsud Mahmudov, elmi
katib, f.e.d. İlham Tahirov, ADPU-nun Filologiya fakültəsinin dekanı,
prof. Buludxan Xəlilov, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının
müdiri, prof. Sənubər Abdullayeva, Umumi dilçilik kafedrasının
müəllimi, tanınmış alim prof. Əbülfəz Rəcəbli iştirak edirdilər. Səmimi
şəraitdə keçən görüşdə bir sıra maraqlı fikirlər səsləndi. Belə ki,
Universitetin elmi jurnalının hər nömrəsinin türk dillərinin ayrıca bir
probleminə həsr olunması, bu istiqamətdə müxtəlif türk xalqlarından
alimlərin məqalələrinin toplanması, nüfuzlu elmi əsərlərin qarşılıqlı
tərcüməsi, türk dillərinin zənginliyini əks etdirən məqalə, fleyton və
esselərin toplanıb kitab halında nəşr olunması, ayrı-ayrı sahələrin (
terminologiya, köhnəlmiş sözlərin və s.), “Ortaq türkcə” lüğətinin
hazırlanması, müxtəlif türk dilləri arasında kompyuter tərcümə
proqramlarının hazırlanması, illüstrasiyalı internet-lüğətin
hazırlanması kimi məsələlər müzakirə olundu.
Qafqaz Universiteti mətbuat xidməti.
http://qu.edu.az/view_news.php?news=2303&link=&lang=az