Ümumilli lider Heydər Əliyev Qafqaz Universitetində anıldı

Heydər Əliyevi düşünərkən: dövlətçiliyimiz, mədəniyyətimiz və ideologiyamız

12 December, 2012, 

"Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, dinimizə, böyük və zəngin tariximizə,  millətimizə sadiq olmaqdan ibarətdir". Heydər Əliyev

Ümummilli lider, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anım günü ilə bağlı Qafqaz Universiteti Mədəniyyət şöbəsi Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi ilə birgə tədbir keçirdi. Azərbaycan xalqının və dövlətçiliyinin tarixində müstəsna xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Universitetin rektoru Ahmet Saniç  bildirdi ki, türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin xatirəsi ürəklərdə daim yaşayacaq. Azərbaycan xalqı hər zaman ulu öndərin xatirəsini dərin hörmət və ehtiramla yad edəcək. Çünki, Heydər Əliyevin siyasətinin, fəaliyyətinin fəlsəfi kökündə milli təfəkkür, milli şüur, milli düşüncə, milli əxlaq, milli xarakter, milli genetik kod, milli mənəvi sərvət, müstəqil ana torpaq və nəhayət, AZƏRBAYCANÇILIQ məfkurəsi dayanırdı.
Heydər Əliyevin anım gününün keçirilməsinin vacibliyini vurğulayan rektor əbədiyaşar liderin həyat yolunun bir örnək olduğunu və gənclərin bunu öyrənməyə borclu olduqlarını diqqətə çatdırdı.
Anım tədbirində çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ofisinin rəhbəri Sərraf  Balaxan Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə nəzər salıb, ulu öndərin Azərbaycanın çiçəklənməsi, inkişafı və dünya ölkələri içərisində nüfuz qazanması istiqamətindəki xidmətlərindən danışıdı. Fizika-riyaziyyat elmləri doktoru, professor, ictimai-siyasi xadim Şahlar Əsgərov dahi rəhbərin müasir Azərbaycan dövlətinin qurucusu kimi tarixən gələcək nəsillərin ürəyində yaşayacağını ifadə etdi: “Dahi rəhbər bu gün də bizimlədir, onun ideyaları yaşayır və layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilir”.
Mərasim iştirakşıları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, onun məzarı önünə tər çiçəklər və əklil qoyaraq ümummilli lideri dərin ehtiramla yad etdilər .

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF