Qafqaz Universitetində I Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumu keçirilir

Bakı, 13 dekabr (AzərTAc). Qafqaz Universitetində I Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumu keçirilir.
Müvafiq qurumların, Milli Məclis deputatlarının, təhsil işçilərinin, ayrı-ayrı ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri simpoziumda Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, təhsil nazirinin müavini Qulu Novruzov və digər çıxış edənlər Xalq Şairi, görkəmli alim və pedaqoq Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığından söhbət açmış, elm və təhsilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi dəyərli töhfələrdən danışmışlar.
Sonra müxtəlif mövzularda məruzələr dinlənilmişdir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır