Qafqaz Universitetində Tələbə elmi konfransı keçirildi
Dekabırın 8-i tarixində Qafqaz Universiteti və
Müəllimlər İnstitutunun təşkilatçılığı ilə “Ədəbiyyat və dil”
məsələlərinə həsr olunmuş Tələbə elmi konfransı keçirildi.
Qafqaz
Universitetində keçirilən bu tədbirdə Qafqaz Universitetinin və
Müəllimlər İnstitutunun müəllimləri, “Azərbaycan dili və ədəbiyyatı
bölməsi”nin tələbə, magistr heyyəti iştirak edirdilər. Konfransda
tələbələr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri
üzrə dil və ədəbiyyat istiqamətindəki araşdırmalarını tədbir
içtirakçılarının müzakirəsinə təqdim etdilər.
Tədbirdə “Folklorizmlər
Məmməd Araz yaradıcılığında üslub kimi” (Maya Yusifova. Qafqaz
Universiteti ), “Füzuli qəzəllərində mübaliğə” ( Nilufər Cəfərova.
Qafqaz Universiteti), “Mirzə Ələkbər Sabirin dili” (Vəfa Əmiraslanova.
Qafqaz Universiteti), “Nəriman Həsənzadə yaradıcılığında bədii dil
məsələləri” (Aytən Veysəlli. Müəllimlər İnstitutu), “”Dəli Kür”
romanında bədii təsvirin linqvopoetikası” (Şərqiyyə Əhmədova. Qafqaz
Universiteti), “Ramiz Rövşən yaradıcılığında qafiyə” (Sona Seyidli.
Qafqaz Universiteti) və başqa mövzularda maraqlı çıxışlar oldu.
Məruzələrdən sonra Pedaqoji fakültənin dekanı dr.Erdal Karaman və
Universitetin müəllimləri çıxışlarında konfransın elmi əhəmiyyətindən, o
cümlədən Qafqaz Universiteti ilə Müəllimlər İnstitutunun bu
istiqamətdəki birgə fəaliyyətinin önəmindən danışdılar.
Onlar “tələbə
elmi konfransları"nın keçirilməsinin gənclərin elmə olan marağının
artmasında və istedadlı gənclərin üzə çıxarılmasında mühüm rol
oynadığını qeyd etdilər. Tələbə elmi konfransında yekun müzakirələrdən
sonra fərqlənən tələbələr sertifikatlarla təltif olundular.
Qafqaz Universiteti mətbuat xidməti.