“İlin vətənpərvər millət vəkili” bəlli oldu
Qafqaz Universitetində 31 dekabr – Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü münasibətilə tədbir keçirilib. Editor.az-ın məlumatına görə, tədbirdə Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bütün müəllim və tələbə heyətini bu bayram münasibətilə təbrik edib.
Rektor bildirib ki, milli birliyin ideoloji əsasını ulu öndər Heydər Əliyev formalaşdırıb. Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva 31 dekabr Azərbaycan tarixinə Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü kimi daxil olduğunu deyib: “Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Milli Həmrəylik və Birlik Gününün təsis olunması ilə bağlı qərar qəbul olunub və dekabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan olunması barədə sərəncam verib. Ürəyi vətən, Azərbaycan eşqi ilə döyünən soydaşlarımız dünyanın hər yerində vahid ideya ətrafında birləşir həmrəylik gününü təntənə ilə qeyd edirlər”.
Sonra Qafqaz Universitetinin tələbələri arasında keçirilmiş “İlin adamı” sorğusunun nəticələrinə görə “İlin vətənpərvər millət vəkili” mükafatı rektor Ahmet Saniç tərəfindən millət vəkili Qənirə Paşayevaya təqdim olunub.
Tədbir Qafqaz Universitetinin tələbələrinin rəqs kollektivinin və ayrı-ayrı tələbələrin ifasında Azərbaycana aid mahnılarla davam etdirilib.
Mərasimin sonunda Qafqaz Universiteti tərəfindən 9 noyabr –Dövlət Bayrağı Gününə həsr olunmuş müsabiqənin nəticələri elan olunub və qalib tələbələr mükafatlandırılıb.
http://www.newsmeeting.com/az/n/5358920--ilin-vetenperver-millet-vekili-belli-oldu.aspx
http://qafqazinfo.az/site/“İLIN_VƏTƏNPƏRVƏR_MILLƏT_VƏKILI”_SEÇILDI-32927-xeber.html
http://www.publika.az/?action=static_detail&static_id=31782
http://gun.az/social/60121