Bakıda I Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumu

Dekabrın 13-də Qafqaz Universitetində I Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumu öz işinə başlamışdır.
AzərTAc xəbər verir ki, beynəlxalq simpozium Təhsil Nazirliyi, Qafqaz Universiteti, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA), Şəki Şəhər İcra Hakimiyyəti, Dialoq Avrasiya və digər qurumlar tərəfindən təşkil olunmuşdur.
 Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülmüşdür.
İştirakçılar xalq şairi Bəxtiyar Vahabzadənin Fəxri Xiyabandakı məzarını da ziyarət etmişlər.
Milli Məclis deputatlarının, tanınmış alimlərin, təhsil işçilərinin, mütəxəssislərin, tələbələrin, 6 ölkədən olan qonaqların iştirak etdikləri tədbirdə Xalq Şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Azərbaycanın xalq şairi, görkəmli alim və pedaqoq, ictimai xadim Bəxtiyar Vahabzadənin zəngin ədəbi və elmi yaradıcılığından danışmış, onun vətənpərvər bir şəxsiyyət olduğunu vurğulamışdır.
Təhsil nazirinin müavini Qulu Novruzov görkəmli şair və pedaqoq B.Vahabzadənin elmə, təhsilə, ədəbiyyata, mədəniyyətə, incəsənətə verdiyi əvəzsiz töhfələrdən bəhs etmişdir.
Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun xalqlarımızın tarixi birliyindən, mehriban qardaşlıq münasibətlərindən danışmışdır.
Səfir xalq şairi Bəxtiyar Vahabzadə yaradıcılığının əhəmiyyətini vurğulamışdır.
Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov milli mənəvi dəyərlərimizin inkişafında, ana dilimizin saflığının qorunmasında xalq şairi B.Vahabzadənin mühüm  xidmətlərindən bəhs etmiş, ədibin fəlsəfi baxışları, bədii və elmi yaradıcılığı ilə bağlı fikirlərini bildirmişdir.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və digər natiqlər də xalq şairi Bəxtiyar Vahabzadənin əsərlərinin əhəmiyyətindən, ədibin doğma torpağa və Vətənə, xalqa bağlılığından danışmışlar.
Dekabrın 15-də başa çatacaq beynəlxalq simpoziumda “Bəxtiyar Vahabzadənin əsərlərində dil xüsusiyyətləri və sənətkarlıq”,  “Bəxtiyar Vahabzadənin dram əsərləri”, “Bəxtiyar  Vahabzadə və türk dünyası”, “Bəxtiyar Vahabzadənin əsərlərində tərbiyə və mənəvi dəyərlər” mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.
http://xalqqazeti.com/az/news/culture/28484

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF