Qafqaz Universiteti Rumıniyanın Güney Doğu Lumina Universiteti ilə memorandum imzaladı
Dekabrın 7-də Qafqaz Universitetində
memorandum imzalandı. Rumıniyanın Güney Doğu Lumina Universitetinin
rektoru Dr. Ragıp Gökçel və onun başçılıq etdiyi nümayəndə heyəti
Azərbaycana 3 günlük səfər ediblər. Səfərin məqsədi Azərbaycanın ali
təhsil müəssisələri ilə tanış olmaq və memorandum imzalamaqdır.
İlk
olaraq memorandum Qafqaz Universiteti arasında imzalanıb. Qafqaz
Universitetin Tempus otağında keçirilən görüşdə Qafqaz
Universitetinin rektoru professor Ahmet Saniç Azərbaycanla Rumıniya
arasında olan dostluqdan bəhs edib və bildirib ki, imzalanan
əməkdaşlıq memorandumu Azərbaycan və Rumıniya təhsilinə öz tövhəsini
verəcəkdir.
Daha sonra rektor Ahmet Saniç Universitetin strukturu,
professor-müəllim heyəti, tələbə kontingenti ilə bağlı məlumat verdi.
Sonra qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı.
İmzalanan sənəddə universitetlər arasında tələbə və müəllim
mübadilələri, akademik əməkdaşlıq, qarşılıqlı mədəni əlaqələrin
artırılması məsələləri öz əksini tapmışdır. Tədbirin sonunda rektor
prof.Ahmet Saniç tərəfindən qonağa xatirə plaketi təqdim edilmişdir.
http://qu.edu.az/view_news.php?news=2801&link=224&lang=az