Başlanğıcın sonu, ya sonun başlanğıcı?!...
17 December, 2012,
Qafqaz
Universitetində Mədəniyyət şöbəsi Fizika klubunun təşkilatçılığı ilə
“Bir başlanğıcın sonu, ya sonun başlanğıcı?!...” adlı elmi seminar
keçirildi. Seminarın mövzusu son zamanlar hamını narahat edən və ən çox
müzakirə olunan 21 dekabr –dünyanın sonu ilə bağlı fikirlər idi. Şamaxı
Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat elmləri doktoru,
AMEA-nın müxbir üzvü, professor Əyyub Quliyev mövzu ilə bağlı dolğun
məruzə etdi.
Alimin geniş məruziəsi dinləyicilərin marağına səbəb oldu.
Tələbə və müəllim heyətinin suallarına cavab verən Əyyub müəllim hər
kəsə bu tarix barədə eksklüziv məlumatlar verdi. Sual-cavablarda
universitetin rektoru Ahmet Saniç bəyin də iştirakı tələbələrdə seminar
mövzusu haqqında xüsusui rəy formalaşdırdı.
Seminarın sonunda Əyyub
müəllimin Qafqaz Universiteti tələbələri haqqında: ”Mən düşünmürdüm ki,
bu dərəcə intellektual tələbələrlə qarşılaşacam. Etiraf etməliyəm ki,
bəzi suallar qarşısında hətta tərləməli də oldum...Narahatçılığa əsas
yoxdur. 21 dekabr tarixində həyatın sonu yox davamı olacaq” fikirləri
hər kəsin yaddaşına yazıldı.
Fizika klubu üzvlərinin də öz növbəsində
Əyyub Quliyevə sürprizi oldu. Wikipedia açıq ensiklopediya saytında
Əyyub Salah oğlu Quliyevin rəsmi səhifəsinin klub tərəfindən
hazırlanması professorun, həmçinin seminar iştirakçılarının da böyük
təəccüb və marağına səbəb oldu. Seminar Ahmet Saniç bəyin təşəkkür dolu
ürək sözlərini söyləməsi və fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın
müxbir üzvü, professor Əyyub Quliyevə fəxri plaketin təqdim olunması ilə
başa çatdı.