Türkiyə Böyük Millət Məclisinin deputatı Qafqaz Universitetində olmuşdur

Bakı, 24 dekabr (AzərTAc). Azərbaycana səfərə gəlmiş Türkiyə Böyük Millət Məclisinin deputatı Köksal Toptan dekabrın 24-də Qafqaz Universitetində olmuşdur.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə bu ali məktəbin rektoru, professor Əhməd Saniç təhsil müəssisəsinin ulu öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başladığını xatırlatmışdır.
Rektor, eyni zamanda qeyd etmişdir ki, Köksal Toptan ikinci dəfədir Qafqaz Universitetinin qonağı olur. Onun universitetə ilk gəlişi 2008-ci ildə olmuşdur. Həmin görüşdə Köksal Toptana universitetin fəxri doktor diplomu təqdim edilmişdir.
K.Toptan Türkiyə ilə Azərbaycanın mehriban qardaşlıq münasibətlərinin əhəmiyyətindən danışmışdır. Müasir dünyada təhsilin mühüm rolunu vurğulayan qonaq Azərbaycan Prezidenti İlham Əliyevə bu sahəyə göstərdiyi böyük diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
Sonra K.Toptan universitetin iqtisadiyyat fakültəsinin yeni istifadəyə verilmiş binası ilə tanış olmuşdur.
http://www.azertag.com/node/1038523

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF