Bakıda ali məktəb tələbələri arasında informatika üzrə II Beynəlxalq olimpiada keçirilir

Bakı, 9 dekabr (AzərTAc). Dekabrın 9-da Bakıda, “Park İnn” otelində ali məktəb tələbələri arasında informatika (proqramlaşdırma) üzrə II Beynəlxalq olimpiada keçirilmişdir.
AzərTAc xəbər verir ki, Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan olimpiadanın keçirilməsində əsas məqsəd gənclərin müasir informasiya texnologiyaları üzrə biliklərini artırmaqdır.
Olimpiadaya 12 ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Latviya, Litva, Estoniya, Özbəkistan, Qazaxıstandan 57 iştirakçı qatılmışdır. İştirakçı komandaların hər birini üç nəfər təmsil etmişdir.
Olimpiadada Azərbaycanı 4 komanda - Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və Qafqaz Universitetinin komandaları təmsil etmişlər.
Saat 12:00-da başlanan olimpiadada iştirakçılara 12 proqramlaşdırma tapşırığı verilmişdir. Həmin tapşırıqların yerinə yetirilməsinə 5 saat vaxt ayrılmışdır.
Müvafiq münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilmiş, I, II və III yerləri tutan komandalar mükafatlandırılmışlar.
http://www.azertag.gov.az/node/1032849

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF