Silsilə seminarlar “Eqo” mövzusu ilə yekunlaşdı
17 December, 2012, Mədəniyyət
şöbəsi “Düşüncə” klubunun təşəbbüsü və təşkilatçılığı ilə ötən tədris
ilində start verdiyi silsilə seminarlar “Eqo” mövzusu ilə
yekunlaşdı.
Xatırladaq ki, “Etiraf və mən” mövzusuna həsr olunan ilk
seminar məşğələsi “Nitq mədəniyyəti və ifadə vasitələri” və “Tənqidi
düşüncə” mövzuları ilə davam etmişdi.
“Eqo”
mövzusuna həsr olunan yekun seminarda çıxış edən psixoloq Hüseyn
Xəlilovun iştirakçılara ”Egoizm xasiyyətdir ya xususiyyətdir” müraciəti
tələbələrin böyük marağına səbəb oldu. Natiq Z. Freyd, Tomas H. Lee,
Deyl Karneq və başqa məşhur alimlərin bu barədə fikirlərini çatdırmaqla
yanaşı tələbələrlə maraqlı dialoq qurdu.
İlk kurs tələbələrinin
iştirakıyla keçən seminarda “mənəviyyatın faydalı təməlini qurmaq özünü
sevmənin yeganə əsasdır” fikri qızğın polemikaya səbəb oldu. Fikirlərə
aydınlıq gətirən Hüseyn Xəlilov eqoizmin insan psixologiyasında
bioloji, sosial və ictimai yeri barəsində ətraflı məlumat verdi.
Mədəniyyət şöbə müdirliyi
http://qu.edu.az/view_news.php?news=2850&link=&lang=az