Roland Kobia “Qafqaz”ı ziyarət edib
06 December, 2012,Dünən Avropa İttifaqının Azərbaycan
Respublikasındakı nümayəndəliyinin rəhbəri Roland Kobia Qafqaz
Universitetini ziyarət edib.
Ziyarət zamanı Qafqaz Universitetinin
rektoru, prof. Ahmet Saniç rəhbərlik etdiyi ali təhsil ocağı haqqında
ona ətraflı məlumat verib. Azərbaycanın ən reytinqli özəl təhsil
ocağında - Qafqaz Universitetində olmaqdan məmnun olduğunu dilə gətirən
Roland Kobia daha sonra bildirib ki, onun mənsub olduğu qurum təkcə
hökumət-qeyri hökumət strukturları ilə deyil, həmdə təhsil müəssisələri
ilə də sıx əməkdaşlıq etməkdə maraqlıdır.
Qarşılıqlı anlaşma şəraitində
keçən görüşdə Roland Kobia Qafqaz Universitetinin iqtisadiyyat
fakültəsinin yeni binasında yerləşən akt zalında Qafqaz Universitetinin
tələbə-müəllim heyətinə Avropa ittifaqının yaranma tarixi ilə bağlı
məruzə ilə çıxış edib. Görüşdən sonra Roland Kobiaya ziyarətin
xatirəsinə həsr olunmuş plaket təqdim olunub.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=46127