QU SSRN reytinqinə görə Qafqaz regionundan yeganə, MDB məkanından isə 5 universitetdən biri olmuşdur.

 Mərkəzi Amerika Birləşmiş Ştatlarında yerləşən  Sosial və humanitar elmlər üzrə dünyanın ən populyar tədqiqat mərkəzlərindən olan  Social Science Research Network (SSRN)  təşkilatı  6 ildir  ki, webometrics reytinqinə görə dünyanın on minə yaxın tədqiqat mərkəzləri sırasında ilk yeri tutur. Bu tədqiqat bazasında   otuz mindən çox universitet və tədqiqat mərkəzində fəaliyyət göstərən aralarında  iqtisadiyyat üzrə  Nobel mükafatcılarının əksəriyyətinin  və diğər dünyanın ən məşhur iqtisadçı və humanitar sahəsindəki elm adamlarının  məqalə və tədqiqatları  yer almaqdadır. Sosyal Elmlər Tədqiqat Şəbəkəsi  sistemində  olan  210 mindən çox tədqiqatçının  beş yüz  minə yaxın tədqiqatı və  sistemin yüzə yaxın elektron  jurnallarında nəşr olunan məqalələri  artıq 20 ildir ki, istifadəçilərə pulsuz təqdim edilir.
   Social Science Research Network (SSRN)  təşkilatı  yüklənmə və sitatgətirmə kateqoriyalarına görə həm məqaləri , həm tədqiqatcıları , həm də tədqiqatçıların çalışdığı qurumların  reytinqini müəyyənləşdirirlər.  Qafqaz Universiteti  Social Science Research Network (SSRN)  təşkilatının  Entrepreneurship Research & Policy Network Organizations  elmi nəşrlərin yüklənmə və sitatgətirmə reytinqinə görə  dekabr  ayı üzrə  2106. yeri tutaraq Qafqaz regionundan yeganə, MDB məkanından isə  5 universitetdən biri olmuşdur.

http://qu.edu.az/view_news.php?news=2893&link=&lang=az
http://www.reportyor.com/?cat=cemiyyet&id=9989

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF