Qafqaz Universitetində Heydər Əliyevi anım günü keçirilib

Heydər Əliyevin anım günü ilə bağlı Qafqaz Universiteti Mədəniyyət şöbəsi Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi ilə birgə tədbir keçirib.

Qafqaz Universitetinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, mərhum prezidentin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin rektoru Ahmet Saniç bildirib ki, Azərbaycan xalqı hər zaman H. Əliyevin xatirəsini dərin hörmət və ehtiramla yad edəcək.
H. Əliyevin anım gününün keçirilməsinin vacibliyini vurğulayan rektor onun həyat yolunun bir örnək olduğunu və gənclərin bunu öyrənməyə borclu olduqlarını diqqətə çatdırıb.
Anım tədbirində çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Balaxan Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə nəzər salıb.
Fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov H. Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi tarixən gələcək nəsillərin ürəyində yaşayacağını ifadə edib.

Mərasim iştirakçıları həmçinin Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, onun məzarı önünə əklil qoyublar.

Nigar Məmmədli
http://qafqazinfo.az/site/QAFQAZ_UNIVERSITETINDƏ_HEYDƏR_ƏLIYEVI_ANIM_GÜNÜ_KEÇIRILIB_-31752-xeb

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF