T.C–nin Zonquldağ millət vəkili Köksal Toptan Qafqaz Universitetini yenidən ziyarət etdi.

Dekabrın -24  də Türkiyə Böyük Millət Məclisinin Zonquldağ millət vəkili Köksal Toptan Azərbaycana 2 günlük  səfərə gəlmişdir.  Səfərinin məqsədi  Türkiyədə təhsil alan tələbələrin təhsil almalarının 20 illiyi münasibəti ilə keçirilən tədbirdə iştirak etmək dir. Səfər zamanı   Köksal Toptan  Qafqaz Universitetini də ziyarət etdi. Bu münasibətlə universitetin akt zalında görüş keçirildi.Tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru, professor  Ahmet Saniç açdı və bu ali təhsil ocağının yaranmasından danışaraq bildirdi ki, 1993-cü ildən etibarən Ümummilli lider  Heydər Əliyevin xeyir duası ilə fəaliyyətə başlayan universitetin ilk məzunları 1998-ci ildə olmuşdur.  2013-ci ildə isə Qafqaz Universiteti 15-ci  məzuniyyətini keçirəcək. A.Saniç həmçinin onu da qeyd etdi ki, artıq ikinci dəfədir ki, Türkiyə Böyük Millət Məclisinin Zonquldağ millət vəkili Köksal Toptan Qafqaz Universitetində olur. Onun universitetə ilk gəlişi 2008-ci ilə təsadüf etmişdir. Həmin görüşdə Köksal Toptana Qafqaz Universitetinin  fəxri doktorluq diplomu ve doktorluq rütbəsi  təqdim olunmuşdur. Rektor  həmçinin bugün ki görüşün də universitet üçün çox əhəmiyyətli və yaddaqalan olacağına əmin olduğunu bildirdi.
Sonra Türkiyə Böyük Millət Məclisinin Zonquldağ millət vəkili Köksal Toptan çıxış edərək yenidən Qafqaz Universitetində olmağından, tələbə və müəllim heyəti qarşısında çıxış etməkdən məmnunluğunu  ifadə etdi. O, bildirdi ki, universitetin malik olduğu müasir maddi-texniki baza, inşa olunmuş yeni tədris binaları iki qardaş ölkə arasında elmi-mədəni körpü rolunu oynayan universitetin gələcəyi baxımından böyük əhəmiyyət daşıyır: "Qafqaz Universiteti iki ölkə arasındakı dostluq, qardaşlıq və birliyin nümunəsi, parlaq rəmzidir". K.Toptan çıxışı zamanı universitetin   inkişafı  üçün  hər  cür  qayğı və  diqqət  göstərən  Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevə minnətdar olduğunu  xüsusi vurğuladı . Son olaraq K.Toptan universitetin kollektivinə Azərbaycanın təhsil həyatına və iki qardaş ölkə arasındakı əlaqələrin inkişafına yeni-yeni töhfələr verməsini arzuladı.
Tədbirin sonunda  Çağ" Öyrətim İşlətmələri şirkətinin prezidenti Ənvər Özərən  Köksal Toptana xatirə plaketi və hədiyyə təqdim etdi.
Tədbirdə Türkiyə Böyük Millət Məclisinin Zonquldağ millət vəkili Köksal Toptanın Qafqaz Universitetinə ilk səfərindən hazırlanmış film nümayiş olundu. Görüşdən sonra Millət vəkili Köksal Toptan Qafqaz Universitetinin yeni istifadəyə verilmiş İqtisadiyyat fakultəsinin binası ilə tanış oldu.
Qafqaz Universiteti mətbuat xidməti.
http://qu.edu.az/view_news.php?news=2875&link=224&lang=az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF