Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyində ümummilli liderimiz Heydər Əliyevin anım mərasimi keçirilib

Dekabrın 11-də  Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyində ümummilli liderimiz Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar olaraq anım mərasimi keçirilib. Mərasimdə iştirak edən Azərbaycan Dövlət Aqrar Universitetinin Azərbaycan Tarixi Fəlsəfə və Hüququ kafedrasının müdiri dos. Məleykə xanım Əlizadə çıxış edib. 
M. Əlizadə çıxışında ümummilli liderin həyat və fəaliyyəti, müasir Azərbaycan dövlətinin qurucusu kimi tarixi xidmətlərindən geniş söhbət açıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ümummilli liderin siyasətini uğurla həyata keçirərək ölkəmizin siyasi, sosial-iqtisadi və digər sahələrinin uğurla inkişaf etdiyini bildirib. Sonra bununla əlaqədar olaraq şagirdləri maraqlandıran suallara cavab verib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır