“Bank of Baku” Qafqaz Universiteti ilə işləyəcək (FOTO)
Bu günlərdə "Bank
of Baku" ilə Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında razılaşma
imzalanıb. Bankın mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə,
razılaşmanı "Bank of Baku"nun sədr müavini Zaur Qaraisayev və Qafqaz
Universitetinin rektoru, professor Ahmet Saniç imzalayıblar.
İmzalanmış
sazişin əsas məqsədi bankın bilik və təcrübəsinin universitetdə
istifadəsinə və ali məktəb tələbələrinin bankın fəaliyyətinə cəlb
edilməsinə nail olmaqdır. Sənəd universitet müəllimlərinin müasir
informasiya texnologiyaları üzrə bankda stajkeçmə və ixtisasartırma
kurslarının təşkili və keçirilməsi, universitet məzunlarının işlə təmin
olunması, universitet tələbələrinin bankın bölmələrində istehsalat
təcrübəsinin, müxtəlif müştərək elmi-texniki konfransların keçirilməsini
və digər tədbirləri ehtiva edir.
İmzalanma mərasimində çıxış
edən "Bank of Baku"nun sədr müavini Zaur Qaraisayev bildirib ki,
müştərək fəaliyyət xüsusən də gənclər üçün yeni imkanlar yaradır: “"Bank
of Baku"nun kadr siyasətinin prioriteti yeni istedadlı gənclərin banka
cəlb edilməsindən ibarətdir. Bu mənada bu saziş bizim üçün münbit bir
zəmin olacaq".
Öz növbəsində Qafqaz Universitetinin rektoru Ahmet
Saniç "Bank of Baku" ilə əməkdaşlıqdan məmnun olduqarını vurğulayıb.
Onun sözlərinə, görə ali məktəblə bank arasında əməkdaşlıq qarşılıqlı
faydalı olacaq.
Bu günlərdə "Bank
of Baku" ilə Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında razılaşma
imzalanıb. Bankın mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə,
razılaşmanı "Bank of Baku"nun sədr müavini Zaur Qaraisayev və Qafqaz
Universitetinin rektoru, professor Ahmet Saniç imzalayıblar.
İmzalanmış sazişin əsas məqsədi bankın bilik və təcrübəsinin universitetdə istifadəsinə və ali məktəb tələbələrinin bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır. Sənəd universitet müəllimlərinin müasir informasiya texnologiyaları üzrə bankda stajkeçmə və ixtisasartırma kurslarının təşkili və keçirilməsi, universitet məzunlarının işlə təmin olunması, universitet tələbələrinin bankın bölmələrində istehsalat təcrübəsinin, müxtəlif müştərək elmi-texniki konfransların keçirilməsini və digər tədbirləri ehtiva edir.
İmzalanma mərasimində çıxış edən "Bank of Baku"nun sədr müavini Zaur Qaraisayev bildirib ki, müştərək fəaliyyət xüsusən də gənclər üçün yeni imkanlar yaradır: “"Bank of Baku"nun kadr siyasətinin prioriteti yeni istedadlı gənclərin banka cəlb edilməsindən ibarətdir. Bu mənada bu saziş bizim üçün münbit bir zəmin olacaq".
Öz növbəsində Qafqaz Universitetinin rektoru Ahmet Saniç "Bank of Baku" ilə əməkdaşlıqdan məmnun olduqarını vurğulayıb. Onun sözlərinə, görə ali məktəblə bank arasında əməkdaşlıq qarşılıqlı faydalı olacaq.