Nazir müavini ilə görüş



 “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının müdiri Burak Eti Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovla görüşüb. Səmimi şəraitdə keçən görüşdə B. Eti təhsildə əldə etdikləri uğurları, nailiyyətləri barədə ətraflı məlumat verib. Gimnaziyada tətbiq olunan yeni təhsil texnologiyaları, TQDK-nın ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda ən yüksək bal toplayaraq respublikanın eləcə də dünyanın ali təhsil müəssisələrində təhsillərini davam etdirmələrindən danışıb. Bu göstəricilərin daha da yüksəlməsini qarşılarına məqsəd qoyduqlarını bildirib

Nazir müavini burada şagirdlər üçün hazırlanmış şəraitdən onların nizam-intizamından əldə etdikləri nailiyyətlərdən məmnun olduğunu bildirib. “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinin eləcə də “Qafqaz“ Azərbaycan – Türkiyə Özəl Gimnaziyasının təhsildə qazandıqları uğurlarının şahidi olduğunu deyib. Gimnaziyanın pedaqoji kollektivinə təhsildə yeni-yeni uğurlar diləyib. 

Görüşün sonunda  “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının müdiri Burak Eti Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədova “Çağ” Öyrətim İşlətmələrinin 20 illik fəaliyyətinə həsr olunmuş “Müasir Azərbaycan və “Çağ” Öyrətim” adlı kitabını hədiyyə edib.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF