ADAU ilə İğdır Universiteti arasında protokol imzalanıb

Mətn ölçüsü:  
ADAU xarici ölkələrin 20-dən çox aqrar universitetləri ilə sıx əməkdaşlıq edir. Onların sırasına Türkiyənin İğdır universiteti də əlavə olunub. Bu 2 ali təhsil ocağı arasında akademik araşdırma və iş birliyi protokolu imzalanıb.

Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən görüşdə rektor Mirdamət Sadıxov 84 yaşlı bu ali təhsil ocağının fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verdi. Həmçinin Avropa İttifaqının Erasmus Mundus proqramı çərçivəsində tələbə-müəllim mübadiləsinin əhəmiyyətini və bir çox xarici universitetlər ilə əməkdaşlığın faydalılığını xüsusi vurğuladı. Türkiyənin İğdır universitetinin rektoru İbrahim Yılmaz da rəhbərlik etdiyi ali təhsil ocağının 2008-ci ildən fəaliyyət göstərdiyini, 6 fakültə haqda danışıb.

İbrahim Yılmaz- İğdır universitetinin rektoru: “Bizim önəmli fakültələrimizdən biri aqrar fakültədir. Kənd təssərüfatı məhsullarının istehsalında potensial ərazimiz İğdırdı. Həmin ərazinin torpaqları çox məhsuldardır. Orda əsasən meyvə və tərvəz yaxşı yetişir. Burda da aqrar fakültənin çox inkişaf etmiş fakültə olduğunu gördük. Ona görə də iki universitet arasında sənəd imzalandı. İki aqrar fakültə arasında möhkəm əlaqənin olmasını arzu edirik”.

ADAU ilə İğdır Universiteti arasında akademik araşdırma və iş birliyi protokolu imzalanıb. Protokolda birgə elmi araşdırmaların aparılması, konfransların təşkili, seminar və təlimlərin keçirilməsi, tələbə-müəllim mübadiləsi və digər mövzular öz əksini tapıb. Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Nəzakət Məşədiəliqızı
http://www.kepeztv.az/?q=adau-il%C9%99-i%C4%9Fd%C4%B1r-universiteti-aras%C4%B1nda-protokol-imzalan%C4%B1b

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır