“Azersun Holdinq” Müşahidə Şurasının sədri Abdolbari Goozal Qafqaz Universitetində seminar verdi.
Dekabrın 18-də Qafqaz Universitetində
2012-2013-cü tədris proqramında nəzərdə tutulan aylıq seminarlardan
növbəti görüş keçirildi. Seminarda məruzəçi “Azersun Holdinq” Müşahidə
Şurasının sədri, hörmətli Abdolbari Goozal idi.
Qonaqları salamlayan Universitetin rektoru Prof. Dr. Ahmet Saniç
“Azersun Holdinq” Müşahidə Şurasının sədri hörmətli Abdolbari Goozalı
universitetdə görməkdən məmnun olduğunu bildirdi. Azərbaycanda qeyri
neft sektorunun inkişafinda “Azersun Holdinq”in böyük rolunu qeyd edən
rektor, Abdolbari Goozalın prezident İlham Əliyevin imzladığı
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində
göstərdiyi əməyinə görə ”Tərəqqi” medalı ilə təltif olunmasından, elmə
göstərdiyi fəaliyyətinə görə qızıl medal ilə təltif olunmasından,
İmişlidəki şəkər zavoduna görə ilin sərmayeçisi “Uğur” mükafatına layiq
görülməsindən bəhs etdi. Sonra söz məruzəçiyə verildi. Abdolbari
Goozal nitqində tələbələrə xitabən qeyd etdi:
- Universitetinizin qədrini bilin və gözəl oxuyun. Bu
universitet sizin üçün bir həyat qapısıdır. Qafqaz Universiteti bu
baxımdan Azərbaycanda ən nümünəvi təhsil ocağıdır. Burada savadlı
kadrlarla yanaşı, layiqli vətəndaş və insani keyfiyyətlərə layiq
vətənpərvər insanlar yetişdirilir.
Zəngin iş adamlarından olan Abdolbari Goozal əməyi və
bacarığı sayəsində bu səviyyəyə çatdığını, pulun çox şey olduğunu lakin
hər şey olmadığını qeyd edərək, insanlığın daha önəmli olduğunu və halal
zəhmətin önəmliliyini vurğuladı.
Sonra isə qonaq tələbələrin suallarını cavablandırdı.Tədbirin sonunda Çağ Öyrətim İşlətmələri şirkətinin idarə heyətinin
sədri Dr. Enver Özeren tərəfindən qonağa xatirə plaketi təqdim olundu.
Qafqaz Universiteti mətbuat xidməti.