Qafqaz Universitetində bələdiyyəyə həsr olunmuş seminar keçirilib
Bakı. Könül Kamilqızı – APA. Qafqaz Universitetində növbəti aylıq
seminar keçirilib. APA-nın xəbərinə görə, Qafqaz Universitetinin rektoru
Ahmet Saniç bildirib ki, müstəqillik dövründə ölkədə aparılan dövlət
quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət
etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranıb: “Bu gün
Azərbaycanda yerli özünüidarəetmə orqanlarının fəaliyyəti daha da
genişlənib. Bugünkü seminarın məruzəçisi də məhz yerli özünüidarəetmə
sahəsini əhatə edəcək mövzuda tələbələr qarşısında çıxış edəcək”.
Sonra Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev “Azərbaycanda yerli özünüidarəetmənin mövcud vəziyyəti və gözlənilən islahatlar” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, 1999-cu il dekabrın 2-də bələdiyyələrə ilk seçkilər keçirilib: “İndiyə kimi ölkədə bələdiyyələrin fəaliyyət istiqamətinə yönələn 30-a yaxın qanun və 200-ə yaxın maddə hazırlanıb. Hazırda bələdiyyələrin ümumi sayı 1718 təşkil edir. Bundan başqa ölkədə bələdiyyə institutu , bələdiyyə assosiasiyası da fəaliyyət göstərməkdədir”.
Tədbirin sonunda Qafqaz Universitetinin rektoru Ahmet Saniç qonağa xatirə plakatı təqdim edib.
http://apa.az/az/xeber_qafqaz_universitetinde_belediyyeye_hesr__281297.html