“Çağ” Öyrətim İşlətmələri Şirkəti Azərbaycanda fəaliyyətinin 20 illiyini qeyd edir


“Çağ” Öyrətim İşlətmələri Şirkəti Azərbaycanda... by qafqazlife

Mətn ölçüsü:  
Bu münasibətlə Bakıda “Müasir Azərbaycan və Çağ Öyrətim” adlı konfrans keçirilib. Tədbirdə vurğulanlıb ki, “Çağ Öyrətim”in təhsil müəssisələri ölkəyə 530-dan çox beynəlxalq dərəcəli qızıl, gümüş və bürünc medal qazandırıb. Hazırda bu məktəblərdə çalışan müəllimlərin 80%-i yerli kadrlardan ibarətdir. O da vurğulanıb ki, şirkətin təhsil müəssisələrini bitirən məzunların 99 faizi Azərbaycanın və dünyanın nüfuzlu ali məktəblərinə ən yüksək ballarla qəbul olunurlar. Tədbirdə Azərbaycanda təhsilin inkişafındakı xüsusi xidmətlərinə görə, “Çağ Öyrətim” şirkətinin bir qrup əməkdaşı Təhsil Nazirliyinin qabaqcıl təhsil işçisi döş nişanı, fəxri fərmanlarla təltif olunub. Konfransın sonunda 20 illik fəaliyyəti dövründə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin məzunu olan və bu gün cəmiyyətdə öz səmərəli fəaliyyəti ilə fərqlənənlərə fəxri fərman və hədiyyələr təqdim olunub.

Mehmet Sağlam- Türkiyə Böyük Millət Məclisinin sədr müavini: “Onların ən böyük vəzifəsi burada şagirdləri verdikləri təhsillə məmmun etməkdir. Yaxşı məzunlar yetişdirdiklərindən, vəzifələrini layiqincə yerinə yetirdikləri bəlli olur. Bu məni sevindirir”.
http://www.kepeztv.az/?q=%E2%80%9C%C3%A7a%C4%9F%E2%80%9D-%C3%B6yr%C9%99tim-i%C5%9Fl%C9%99tm%C9%99l%C9%99ri-%C5%9Firk%C9%99ti-az%C9%99rbaycanda-f%C9%99aliyy%C9%99tinin-20-illiyini-qeyd-edir

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF