Türkiyənin İğdır Universitetinin rektoru Gəncə Azərbaycan –Türkiyə Özəl Liseyində olub

“Qafqaz” Universiteti ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə dostluq və əməkdaşlıq səfərində olan Türkiyənin İğdır Universitetinin rektoru, professor İbrahim Hakkı Yılmaz və bir qrup professor müəllim heyəti dekabrın 6-da Gəncə Azərbaycan –Türkiyə Özəl Liseyində olublar. Qonaqlar liseyin tədris şəraiti ilə yaxından tanış olmaq üçün bu təhsil müəssisəsinin sinif otaqlarını, laboratoriyalarını, kitabxanasını gəziblər. Liseyin müdiri Kenan Gözel qonaqlara məktəbin fəaliyyəti, təhsildə əldə etdikləri nailiyyətləri barədə ətraflı məlumat verib. Qonaqlar burada şagirdlər üçün hazırlanmış şəraitdən və onların təhsildə qazandıqları uğurlardan məmnun olduqlarını bildiriblər. Liseyin pedaqoji kollektivinə yeni-yeni təhsil nailiyyətləri arzulayıblar. 
Görüşün sonunda Gəncə Azərbaycan –Türkiyə Özəl Liseyinin müdiri Kenan Gözel  Türkiyənin İğdır Universitetinin rektoru, professor İbrahim Hakkı Yılmaza xatirə hədiyyəsi təqdim edib. 
 
 
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır