QU-də "I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu" keçirilir
Atif Eyvazov/AZADİNFORM. Bu gün Qafqaz
Universitetində "I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu" işə
başlayıb. “Azadinform”un məlumatına görə, Təhsil Nazirliyi, Türkiyə Baş
Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Qafqaz
Universiteti, "Qayə" Fondu, Yunus Əmrə İnstitutu, Şəki Şəhər İcra
Hakimiyyəti və Dialoq Avrasiyanın təşkilatçılığı ilə keçirilən tədbirdə 6
ölkədən 35 universitet və tədqiqat mərkəzindən 100-dən çox elm adamı və
tədqiqatçı iştirak edir.
Tədbirdə əvvəlcə “Bu dünyadan bir Bəxtiyar keçdi” adlı film nümayiş olunub. Təhsil nazirinin müavini Qulu Novruzov, Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun, Qafqaz universitetinin rektoru Ahmed Saniç, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, "Qayə" Fondunun sədri Mustafa Saatçı, Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavini Həsən Həsənov və başqaları Azərbaycan-Türkiyə münasibətləri, Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından bəhs ediblər, onun zəngin irsinin gələcək nəsillər üçün dəyərli töhfə olduğunu bildiriblər. Qeyd olunub ki, B.Vahabzadə ana dilimizin, tariximizin qorunması, onun təbliği uğrunda daim mübarizə aparıb və bu mübarizəyə elə ilk növbədə öz ailəsindən başlayıb. B.Vahabzadə özü də tarix yazıb. Onun ən böyük arzusu Azərbaycanı müstəqil və dünya arasında layiqli yerdə görmək olub və onu da görüb. Gələcək nəsillərin təfəkküründə dərin izlər buraxacaq B.Vahabzadənin yaradıcılığı təkcə Azərbaycanı deyil, bütövlükdə türk dünyasını əhatə edib. O, bütün türk dünyasının bir arada olması amalı ilə çox səy göstərib. B.Vahabzadə həyatının sonuna kimi Azərbaycanla yanaşı, bütövlükdə türk dünyasının problemləri ilə maraqlanıb.
Qeyd edək ki, üç gün davam edəcək simpoziumda “Vahabzadə əsərlərində dil xüsusiyyətləri və sənətkarlıq”, “Vahabzadə və milli mübarizə”, “Vahabzadənin dram əsərləri”, “Vahabzadə və Türk dünyası”, “Vahabzadənin əsərlərində tərbiyə və mənəvi dəyərlər” və digər mövzularda məruzələr olacaq.
http://www.azadinform.az/news/a-35339.html