Beynəlxalq Hüquq bölməsinin 2002-ci il məzunlarıyla görüş keçirildi.
Noyabr ayının 29-da Qafqaz Universitetindən məzun olan Beynəlxalq
Hüquq bölməsinin 2002-ci il məzunlarıyla görüş keçirildi. Uzun zamandır
görüşməyən, hər biri bir ailənin başçısıı, eyni zamanda müxtəlif
müəssisələrin mütəxəssisləri, müdirləri olan bu məzunlarla görüş
universitetin VİP salonunda keçirildi. Görüşə Universitetimizin rektoru
professor Ahmet Saniç bəy də qatıldı.
İş dünyasının müxtəlif sferalarında yüksək nəaliyyətlər əldə etmiş
məzunlara Universitetdəki yeniliklər və prespektiflər haqqında
məlumat verildi. Daha sonra Universitetin rektoru Professor Ahmet
Saniç məzunları öz iş otağında qəbul edərək, onları iş dünyasında
göstərdiyi yüksək uğurlarına görə təbrik edərək hədiyyələr təqdim
etdi. Eyni zamanda məzunlar tərəfindən verilən yeni təkliflər
dəyərləndirildi.
Qeyd edək ki, məzunların şərəfinə Universitetin rektoru Professor Ahmed Saniç bəy tərəfindən nahar ziyafəti verildi.
Bundan sonra Universitet gəzilərək məzunlara məlumat verildi.
Məzunlar belə gözəl binalara, belə gözəl əraziyə sahib olan
Universitetləri ilə fəxr etdiklərini söylədilər. Qafqaz universitetinin
məzunu olduqları ilə fəxr edən məzunlarımız bu təşkilatçılığa görə
Məzun Koordinasiya şöbəsinə öz təşəkkürlərini bildirdilər və ən xoş
təəsüratlarla bir daha görüşmək ümidi ilə ayrıldılar..
Əlbəttə ki, son olaraq keçirilən gözəl dəqiqələr , dəyərli anlar foto şəkillərə köçürüldü.
Dəyəli vaxtlarını Universitetimizi ziyarət etməyə ayırdıqları üçün məzunlarımıza təsşəkkür edirik.
Anar Məmişovhttp://qu.edu.az/view_news.php?news=2778&link=&lang=az