Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri “Çağ”da olub
Türkiyənin Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə
müşaviri Mustafa Gür “Çağ” Öyrətim işlətmələri idarə heyətinin sədri
dr. Enver Özerenlə görüşü olub. M. Gürun Azərbaycanda fəaliyyətinin başa
çatması münasibətilə keçirilən görüşdə dr. E. Özeren müşavir Mustafa
Gürla fəaliyyəti dövründə keçirilən səmərəli, səmimi görüşlərindən,
rəhbərlik etdiyi “Çağ” Öyrətim işlətmələrinin bu yaxınlarda keçirilən 20
illik yubley tədbirindən, şirkətin tədris müəssisələrində tətbiq olunan
yeni təhsil texnologiyalarından söhbət açıb. Sonra M. Güra gələcək
fəaliyyətində uğurlar diləyib.
Daha sonra qonaq “Çağ” Öyrətim
işlətmələrinin təhsil müəssisələrinin Azərbaycan təhsilinin
inkişafındakı rolundan, təhsil ocaqlarında şagirdlər üçün hazırlanmış
şəraitdən məmnun olduğunu bildirib. “Çağ”ın pedaqoji kollektivinə
gələcək fəaliyyətlərində uğurlar arzulayıb.