Rabitəçilər günü münasibətilə keçirilən müsabiqənin nəticələri açıqlanıb
Dekabrın 5-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) nazirliyin 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 131 illiyi münasibətilə elan etdiyi müsabiqənin yekunlarına həsr edilən mərasim keçirilib. “Qafqazinfo”nun məlumatına görə, müsabiqə “İKT üzrə ən yaxşı kitab”, “İKT üzrə ən yaxşı elmi məqalə” və “Ən yaxşı elektron dövlət xidməti” nominasiyaları üzrə aparılıb.
Rabitə və informasiya
texnologiyaları nazirinin müavini Elmir Vəlizadə tədbir iştirakçılarını
qarşıdakı peşə bayramı münasibətilə təbrik edərək qeyd edib ki, hər il
bayram ərəfəsində müxtəlif tədbirlər, müsabiqələr və yarışlar olur,
fərqlənən əməkdaşlar mükafatlandırılır. Nazir müavini ölkənin ümumi
inkişafı üçün İKT sektorunun əhəmiyyətini xatırladaraq informasiya
texnologiyalarına aidiyyəti olan hər bir insanın xüsusi rolunu
vurğulayıb.
Bunun ardınca nominasiyalar üzrə qaliblərin adları açıqlanıb və onlara nazirliyin Fəxri fərmanları və Azercell, Bakcell, Ultra və Bestcomp sirkətlərinin qiymətli hədiyyələri təqdim olunub.
Qeyd edək ki, ilk iki nominasiyada (“İKT üzrə ən yaxşı kitab” və “İKT üzrə ən yaxşı elmi məqalə”) AMEA-nın Kibernetika İnstitutu, Milli Aviasiya Akademiyası, Texniki Universitet və Qafqaz Universitetinin əməkdaşları xüsusi fəallıqları ilə seçiliblər. “Ən yaxşı elektron dövlət xidməti” nominasiyasında birinci yeri Vergilər Nazirliyi tutub, ikinci və üçüncü yerlərə müvafiq olaraq Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Dövlət Miqrasiya Xidməti layiq görülüb.
Bundan başqa, mərasimdə RİTN-in birlik və müəssisələri arasında ən yaxşı internet resurs müsabiqəsinin qalibləri də elan edilib. Bu müsabiqədə ən yaxşı resurs Aztelekom İstehsalat Birliyinin saytı seçilib. İkinci yerdə Azərpoçt MMC, üçüncüdə Azərkosmos ASC-nin saytları qərarlaşıb.
Nigar Məmmədli
http://qafqazinfo.az/site/RABITƏÇILƏR_GÜNÜ_MÜNASIBƏTILƏ_KEÇIRILƏN_MÜSABIQƏNIN_NƏTICƏL�Bunun ardınca nominasiyalar üzrə qaliblərin adları açıqlanıb və onlara nazirliyin Fəxri fərmanları və Azercell, Bakcell, Ultra və Bestcomp sirkətlərinin qiymətli hədiyyələri təqdim olunub.