Şəki Apellyasiya Məhkəməsinin sədri liseydə şagirdlərlə görüşüb

 Dekabrın 1-də Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov Şəki Azərbaycan-Türkiyə Özəl liseyində olub. M. Əkbərov əvvəlcə liseyin tədris şəraiti ilə yaxından tanış olmaq üçün liseyin sinif otaqlarını, kitabxanasını, laboratoriyalarını gəzmiş, şagirdlərlə görüşərək səmimi söhbət etmişdir. Sonra liseydə tətbiq olunan yeni təhsil texnologiyalarından olan “Ağıllı lövhə”nin işi ilə yaxından tanış olub. Şəki Azərbaycan-Türkiyə Özəl liseyinin müdiri Ömer Faruk İmat liseyin təhsildə əldə etdiyi nailiyyətləri barədə qonağa ətraflı məlumat verib. Qonaq  “Çağ” Öyrətim İşlətmələrinin təhsil müəssisələrinin, eləcə də Şəki Azərbaycan-Türkiyə özəl liseyinin təhsildə əldə etdiyi uğurlardan və burada şagirdlər üçün hazırlanmış şəraitdən məmnun olduğunu bildirərək liseyin müəllim və şagird kollektivinə təhsildə yeni-yeni uğurlar diləyib. 

Görüşün sonunda liseyin müdiri Ömer Faruk İmat Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova xatirə hədiyyəsi təqdim edib. 


Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF