Qafqaz Universitetində bələdiyyəyə həsr olunmuş seminar keçirildi.
Qafqaz Univcersitetində növbəti aylıq seminar keçirildi.Seminarı giriş sözü ilə Qafqaz Universitetinin rektoru Ahmet Saniç açdı və bildirdi ki, Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkənin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkədə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətini bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev layiqincə davam etdirir. Ölkə prezidentinin apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində bütün sahələrdə inkişaf getdikcə artır, dünya miqyasında genişlənir.Bu gün Azərbaycan Respublikasında yerli özünüidarəetmə orqanlarının fəaliyyəti daha da genişlənmişdir.Rektor çıxışında bildirdi ki, bugünkü seminarın məruzəçisi də məhz yerli özünüidarəetmə sahəsini əhatə edəcək mövzuda tələbələr qarşısında çıxış edəcək.Sonra Milli Məclisin Regional məsələlər komitəsinin üzvü , millət vəkili Tahir Rzayev "Azərbaycanda yerli özünüidarəetmənin mövcud vəziyyəti və gözlənilən islahatlar" mövzusunda geniş məruzə ilə çıxış etdi. O bildirdi ki, 1995-ci il 12 noyabr tarixində Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmiş və konstitusiyada yerli özünüidarəetmə haqqında xüsusi bənd təsbit olunmuşdur.Həmçinin 1999-cu il dekabr ayının 2-də bələdiyyələrə ilk seçkilər keçirildi. İndiyə kimi ölkədə bələdiyyələrin fəaliyyət istiqamətinə yönələn 30-a yaxın qanun və 200-ə yaxın maddə hazırlanmışdır.Hazırda bələdiyyələrin ümumi sayı 1718 təşkil edir.Bundan başqa ölkədə bələdiyyə institutu , bələdiyyə assosiasiyası da fəaliyyət göstərməkdədir.Natiq həmçinin bələdiyyələrin mövcud durumu və problemlər haqqında da ətraflı məlumat verdi.
Məruzənin sonunda millət vəkili Tahir Rzayev tələbələri maraqlandıran suallara cavab verdi.
Tədbirin sonunda Qafqaz Universitetinin rektoru Ahmet Saniç qonağa xatirə plaketi təqdim etdi.
http://www.reportyor.com/?cat=cemiyyet&id=9869