Gənc yazarla görüş keçirilib


Quba Özəl Türk Liseyinin konfrans zalında gənc yazar Sərdar Tağıyevlə görüş keçirilib. “Kitab oxumaq və onun faydaları” mövzusu ətrafında keçirilən görüşdə gənc yazar lisey şagirdlərinin suallarını da cavablandırıb. Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Eyvaz Şeydayev belə bir görüşə görə gənc yazara təşəkkürünü bildirib. Sərdar Tağıyev bizimlə söhbətində belə görüşlərin bir gənc yazarın onun məsuliyyətini daha da artırdığını, onu yeni-yeni yaradıcılıq axtarışlarına sövq etdiyini bildirib.
 Qeyd edək ki, Sərdar Tağıyev Xaçmazda fəaliyyət göstərən regional televiziyanın hər cümə axşamı efirə gedən “Yeni səhifə” ədəbi-bədii verilişinin aparıcısıdır. Bu yaxınlarda onun “Amin” adlı romanı çapdan çıxacaq.
   Amıl Tağiyev QUBA
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=46322

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır