Avstriyanın Azərbaycandakı səfiri Qafqaz Universitetini ziyarət etdi.

Dekabrın 4-də  Avstriya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyətli səfiri xanım Silvia Mayer-Kaybiç  Qafqaz Universitetini ziyarət etdi. 
Ziyarət  zamanı Qafqaz Universitetinin rektoru Ahmet Saniç Universitet haqqında məlumat verdi. Xanım Silvia Mayer-Kaybiç söz alaraq Qafqaz Universitetində olmaqdan məmnun olduğunu bildirdi.
Daha sonra  xanım Silvia Mayer-Kaybiç Qafqaz Universitetinin yüksək təhsil verməsindən danışdı. Səfir nitqində  Avstriya və Azərbaycan arasında təhsil əlaqələrin, inkişafı və gələcək əməkdaşlığın  inkişaf etməsi üçün əlindən gələni edəcəyini vurğuladı. 
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə  Avstriya Respublikasının səfiri Qafqaz universitetində oxuyan Avstriyalı tələbələrlədə görüşdü.
Daha sonra Silvia Mayer-Kaybiç  Qafqaz Universitetininin iktisadiyyat fakultəsinin yeni binasında yerləşən akt zalında Qafqaz universitetinin tələbə müəllim heyyəti ilə görüşdü. Görüşdən sonra səfirə ziyarətin xatirəsinə həsr olunmuş xatirə plaketi təqdim olundu.

Qafqaz Universitetinin mətbuat xidməti.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF