Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Roland Kobia Qafqaz Universitetində
Dekabırın 5-də Avropa İttifaqının
Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Roland Kobia
Qafqaz Universitetini ziyarət etdi.
Ziyarət zamanı Qafqaz
Universitetinin rektoru prof. Ahmet Saniç Universitet haqqında məlumat
verdi. Roland Kobia söz alaraq Qafqaz Universitetində olmaqdan məmnun
olduğunu bildirdi.
Daha sonra Roland Kobia Qafqaz Universitetinin
yüksək təhsil verməsindən danışdı. Təmsilçi nitqində Avropa İttifaqı
təkcə hökumət-qeyri hökümət strukturları ilə deyil, həmdə təhsil
müəssisələri ilə də sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirdi.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Roland Kobia Qafqaz
Universitetininin iqtisadiyyat fakultəsinin yeni binasında yerləşən akt
zalında Qafqaz Universitetinin tələbə-müəllim heyətinə Avropa
ittifaqının yaranması tarixi mövzusunda məruzə etdi. Görüşdən sonra
Roland Kobiaya ziyarətin xatirəsinə həsr olunmuş plaket təqdim olundu.
http://qu.edu.az/view_news.php?news=2788&link=&lang=az