Qafqaz Universitetində "I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu" keçirilir.

13 December, 2012, Qafqaz Universitetində "I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu" öz işinə başladı. Sempozium iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişlər, əklil qoymuşlar. Xalq şiari Bəxtiyar Vahabzadənin məzarını da ziyarət edərək ruhuna dualar oxumuşlar. Simpoziumun təşkilatçıları  Azərbaycan Respublikası Təhsil Nazirliyi, Türkiyə Respublikası Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi  (TİKA), Qafqaz Universiteti, "Qayə" fondu, Yunus Əmrə İnstitutu, Şəki İcra Hakimiyyəti və Dialoq Avrasiyadır.Tədbirin giriş hissəsində xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş olundu. Sonra  simpoziumu giriş sözü ilə Qafqaz Universitetinin rektoru Ahmet Saniç açdı və bildirdi ki, XX əsrin sonları XXI əsrin əvvəllərində yaşanan ictimai dəyişmə və yenilikliklərə həyatı ilə şahidlik etmiş, şahidi olduğu hadisələri əsərlərində əks etdirmiş mütəfəkkirlərdən biri olan Bəxtiyar Vahabzadə ədəbiyyatçı, millət vəkili, pedaqoq, xüsusən də Xalq Şairi kimi ictimai məhsuldarlığı və təsir gücü öz çağını aşmış, düşüncələri Türk dünyasına yayılmış və geniş coğrafiyada hüsnrəğbət görmüş bir türk ziyalısıdır.
Sonra tədbirdə Təhsil nazirinin müavini Qulu Novruzov, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, Yazıçılar Birliyinin sədri Anar Rzayev və başqaları çıxış edərək ölməz şair, türk dünyasının sevilən şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından, zəngin irsindən danışdılar, onun gələcək nəsillərə layiqincə ötürülməsini xüsusi vurğuladılar.
Qeyd edək ki, "I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu"nda türk dünyasının görkəmli intellektual yazıçılarından biri olan Bəxtiyar Vahabzadənin əsərlərini və fikirlərini müzakirə etmək üçün 6 ölkədən 35 universitet və tədqiqat mərkəzindən 100-dən çox elm adamı və tədqiqatçı iştirak edir . Üç gün davam edəcək  simpoziumda “Vahabzadə əsərlərində dil xüsusiyyətləri və sənətkarlıq”, “Vahabzadə və milli mübarizə”, “Vahabzadənin dram əsərləri, Vahabzadə və Türk dünyası”, “Vahabzadənin əsərlərində tərbiyə və mənəvi dəyərlər” mövzularında müzakirələr  bölmələr şəklində davam etdiriləcək.
Qafqaz universiteti mətbuat xidməti.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF