Qafqaz universitetində THK- Universitetinin prorektoru seminar verdi.
11 December, 2012, Bu gün Qafqaz Universitetində növbəti seminar keçirildi. Seminarı giriş sözü ilə Qafqaz Universitetinin iqtisadiyyat fakultəsinin dekanı Dos. Həzi Eynalov açdı və bildirdi ki, artıq neçə illərdir ki, bu təhsil ocağında müxtəlif sahələri əks etdirən ənənəvi seminarlar təşkil olunur.
O, qeyd etdi ki, seminarın budəfəki məruzəçisi THK Universitetinin prorektor və biznesin idarəedilməsi fakültəsinin dekanı Professor Murat Ali Yülek tələbələrə iqtisadiyyatın diversifikasiyası barədə ətraflı məlumat verəcək.
Çıxışına başlamazdan öncə tələbələri salamlayan qonaq Qafqaz
Universitetində olmağından və buradakı təhsilə yaradılan şəraitdən razı
qaldığını bildirdi. Daha sonra professor Murat Ali Yülek “İqtisadiyyatın
diversifikasiyası: Gəlir və məhsuldarlığın iqtisadiyyatı və
hesablanması” mövzusunda geniş məruzə ilə çıxış etdi. Natiq dünyadakı
nəhəng firmaların necə marka olmalarının yollarından və bu sahədə
qazanılan uğurlardan bəhs etdi.
Professor Murat Ali Yülek Universitetin tələbələrini
maraqlandıran suallara da cavab verdi. Sonra iqtisadiyyat fakultəsinin
tələbələrinə sertifikatlar verildi.
Tədbirin sonunda Qafqaz Universitetinin rektoru Ahmet Saniç qonağa xatirə plaketini təqdim etdi.
Qafqaz universitetinin mətbuat xidməti.