Qafqaz Universitetində Erasmus Mundus təhsil, ixtisasartırma və təcrübə proqramı haqqında seminar keçirildi


19.12.2012-ci il tarixində Qafqaz Universitetində Xarici əlaqələr şöbəsinin təşkilatçılığı ilə Avropa Komissiyası Erasmus Mundus təhsil, ixtisasartırma və təcrübə proqramı haqqında seminar keçirildi. 

Məruzəçi Qafqaz Universitetinin Xarici əlaqələr üzrə prorektoru Erasmus Mundus proqramı və davam etməkdə olan ALRAKIS II və BACKIS layihələri haqqında geniş məlumat verdi. 

Seminarda Qafqaz Universitetinin akademik və idari heyəti, Milli Tempus Ofisinin rəhbəri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Özəl Universitetinin və British Council-un nümayəndələri iştirak etmişdirlər. Seminar təqdimatdan sonra, qarşılıqlı sual-cavab və kokteyl ilə davam etmişdir.

Proqramdan sonra Qafqaz Universitetinin Xarici əlaqələr üzrə prorektorluğunun heyəti ilə qonaqlar arasında Rektorluqda Erasmus Mundus layihələri müzakirə edildi. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF