Bankla universitet arasında əməkdaşlıq sazişi imzalanıb

 "Bank of Baku" ASC ilə "Qafqaz" Universiteti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Bankdan "APA-Economics"ə verilən məlumata görə, razılaşmanı "Bank of Baku"nun İdarə Heyətinin sədr müavini Zaur Qaraisayev və "Qafqaz" Universitetinin rektoru professor Ahmet Saniç imzalayıblar. Sazişin əsas məqsədi bankın bilik və təcrübəsinin universitetdə istifadəsinə və ali məktəb tələbələrinin bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır. Sənəd universitet müəllimlərinin müasir informasiya texnologiyaları üzrə bankda stajkeçmə və ixtisasartırma kurslarının təşkili və keçirilməsi, universitet məzunlarının işlə təmin olunması, universitet tələbələrinin bankın  bölmələrində istehsalat təcrübəsinin, müxtəlif müştərək elmi-texniki konfransların  keçirilməsini və digər tədbirləri ehtiva edir.
İmzalama mərasimində çıxış edən Z.Qaraisayev bildirib ki, müştərək fəaliyyət xüsusən də gənclər üçün yeni imkanlar yaradır: "Bank of Baku"nun kadr siyasətinin prioriteti yeni, istedadlı gənclərin banka cəlb edilməsindən ibarətdir. Bu mənada bu saziş bizim üçün münbit bir zəmin olacaq".
A.Saniçdə "Bank of Baku" ilə əməkdaşlıqdan məmnun olduqlarını vurğulayaraq bildirib ki, ali məktəblə bank arasında əməkdaşlıq qarşılıqlı faydalı olacaq.
http://www.azerbaijan-news.az/index.php?mod=3&id=18086

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF