“Qafqaz” İğdırla memorandum imzaladı

07 December, 2012,
Türkiyə Cümhuriyyətinin İğdır şəhərində fəaliyyət göstərən İğdır Universitetinin rektoru, professor İbrahim Hakkı Yılmaz və onun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Qafqaz Universitetində də olub. Görüşdə “Qafqaz”ın rektoru Ahmet Sanıç rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyətindən, dünyanın, eləcə də Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlığından söz açıb. İbrahim Hakkı Yılmaz “Qafqaz”ın nailiyyətlərindən məmnun olduğunu dilə gətirib.
 
Görüşdə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənəddə universitetlər arasında tələbə və müəllim mübadilələri, akademik əməkdaşlıq və sairə məsələlər öz əksini tapıb.

http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=46148

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF