Qafqaz Universiteti Balıkəsir Universiteti ilə memorandum imzaladı.
Dekabrın 17-də Qafqaz Universitetində memorandum
imzalandı. Türkiyə Cümhuriyyətinin Balıkəsir şəhərində fəaliyyət
göstərən Balıkəsir Universitetinin rektoru, professor Mahir Alkan və
onun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana 2 günlük səfər
ediblər.
Səfərin məqsədi Azərbaycanın ali təhsil müəssisələri ilə tanış olmaq
və memorandum imzalamaqdır. İlk görüş və ilk memorandum Qafqaz
Universitetində imzalanıb. Qafqaz Universitetin Tempus otağında
keçirilən görüşdə Qafqaz Universitetinin rektoru professor Ahmet
Saniç Azərbaycanla Türkiyə arasında olan birlik və bərabərlikdən bəhs
edərək Ulu öndər H.Əliyevin kəlamını xatırlatmışdır, Biz "Bir
millət, iki dövlətik!" və bu yolda da uğurla addımlayırıq.
Rektor Ahmet Saniç Universitetin strukturu, professor-müəllim heyəti,
tələbə kontingenti ilə bağlı məlumat verdi. Sonra qarşılıqlı əməkdaşlıq
haqqında anlaşma memorandumu imzalanmışdır. İmzalanan sənəddə
universitetlər arasında tələbə və müəllim mübadilələri, akademik
əməkdaşlıq, qarşılıqlı mədəni əlaqələrin artırılması məsələləri öz
əksini tapmışdır. Rektor prof.Ahmet Saniç tərəfindən qonağa xatirə
plaketi təqdim olunmuşdur.
http://qu.edu.az/view_news.php?news=2852&link=&lang=az