Qafqazda Abdolbari Goozal seminar keçirib
Qafqaz Universitetində 2012-2013-cü
tədris proqramında nəzərdə tutulan aylıq seminarlardan növbəti görüş
keçirilib. Seminarda məruzəçi “Azersun Holdinq” Müşahidə Şurasının sədri
Abdolbari Goozal olub. Universitetin rektoru prof. dr. Ahmet Saniç
“Azersun Holdinq” Müşahidə Şurasının sədri hörmətli Abdolbari Goozalı
universitetdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanda qeyri-
neft sektorunun inkişafında “Azersun Holdinq”in böyük rolunu qeyd edən
rektor, Abdolbari Goozalın Prezident İlham Əliyevin imzladığı
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində
gördüyü işlərə görə “Tərəqqi” medalı ilə təltif olunmasından, İmişlidəki
şəkər zavoduna görə ilin sərmayəçisi “Uğur” mükafatına layiq
görülməsindən söz açıb.
Zəngin iş adamlarından olan Abdolbari Goozal əməyi və bacarığı sayəsində bu səviyyəyə çatdığını, pulun çox şey olduğunu, lakin hər şey olmadığını qeyd edərək, insanlığın daha vacib olduğunu və halal zəhmətin önəmliliyini vurğulayıb. Çıxışının sonunda o, tələbələrə xitabən deyib: “Universitetinizin qədrini bilin və gözəl oxuyun. Bu universitet sizin üçün bir həyat qapısıdır. Qafqaz Universiteti bu baxımdan Azərbaycanda ən nümunəvi təhsil ocağıdır. Burada savadlı kadrlarla yanaşı, layiqli vətəndaş və insani keyfiyyətlərə layiq vətənpərvər insanlar yetişir”. O, görüş çərçivəsində tələbələri maraqlandıran sualları cavablandırıb.
Tədbirin sonunda “Çağ” Öyrətim İşlətmələri Şirkətinin İdarə heyətinin sədri dr. Enver Özeren tərəfindən qonağa xatirə plaketi təqdim olunub. http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=46365