Latviyada TEMPUS ENERGY layihəsi ilə bağlı ilkin görüş olmuşdur
Bakı, 17 dekabr (AzərTAc). Dekabrın 14-də
Latviyanın Riqa Texniki Universitetində Qafqaz Universitetinin 2012-ci
ildə qazanmış olduğu TEMPUS ENERGY (Development of Training Network for
Improving Education in Energy Efficiency) layihəsi ilə bağlı ilkin görüş
keçirilmişdir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə layihə tərəfdaşlarından Avropanın doqquz ölkəsindən 14 universitet, o cümlədən Qafqaz Universiteti iştirak etmişdir.
Görüşdə layihənin hədəf və gələcək nəticələri, əhatə sahəsi, layihədə istifadə ediləcək kurslara görə tədris proqramları, əməkdaş universitetlər ilə birlikdə qrup halında tədris proqramlarının hazırlanması, layihənin maliyyə məsələləri və s. müzakirə edilmişdir.
Sonra layihənin baş əlaqələndiricisi Riqa Texniki Universiteti ilə müvafiq ali təhsil müəssisələri arasında tərəfdaşlıq müqavilələri imzalanmışdır.