SSRN təşkilatının reytinqinə görə QU Cənubi Qafqaz regionundan yeganə, MDB -də isə 5 universitetdən biridir


Bakı, 28 dekabr (AzərTAc). Mərkəzi ABŞ-da yerləşən sosial və humanitar elmlər üzrə dünyanın ən populyar tədqiqat mərkəzlərindən olan Social Science Research Network (SSRN) təşkilatı yüklənmə və sitatgətirmə kateqoriyalarına görə həm məqalələri, həm tədqiqatçıları, həm də tədqiqatçıların çalışdığı qurumların reytinqini müəyyənləşdirir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, bu ali məktəb SSRN təşkilatının Entrepreneurship Research & Policy Network Organizations elmi nəşrlərin yüklənmə və sitatgətirmə reytinqinə görə, dekabr ayı üzrə 2.106-cı yeri tutaraq Cənubi Qafqaz regionunda yeganə, MDB məkanında isə 5 universitetdən biri olmuşdur.
Social Science Research Network təşkilatı 6 ildir webometrics reytinqinə görə dünyanın on minə yaxın tədqiqat mərkəzləri sırasında ilk yeri tutur.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır