“Qafqaz” komandası “Breyn-rinq” intellektual oyunu üzrə respublika yarışında uğur qazanmışdır
Bakı, 3 dekabr (AzərTAc). Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Sumqayıt şəhərində “Azərbaycan-doğma Vətənim” mövzusunda “Breyn-rinq” intellektual oyunu üzrə respublika yarışı keçirilmişdir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki,
yarışda Abşeron, Sumqayıt, Şabran, Qusar, Siyəzən, Xaçmaz, Xızı zonaları
üzrə 7 komanda iştirak etmişdir. Abşeron rayonunu təmsil edən Qafqaz
Universitetinin tələbələri (“Qafqaz” komandası) respublika yarışında
birinci yeri tutmuşlar.