“Azersun Holdinq” Müşahidə Şurasının sədri Abdolbari Goozal Qafqaz Universitetində seminar verdi
Dekabrın 18-də Qafqaz Universitetində
2012-2013-cü tədris proqramında nəzərdə tutulan aylıq seminarlardan
növbəti görüş keçirildi. Seminarda məruzəçi “Azersun Holdinq” Müşahidə
Şurasının sədri, hörmətli Abdolbari Goozal idi. Qonaqları salamlayan
Universiterin rektoru Prof. Dr. Ahmet Saniç “Azersun Holdinq” Müşahidə
Şurasının sədri hörmətli Abdolbari Goozalı universitetdə görməkdən
məmnun olduğunu bildirdi . Azərbaycanda qeyri neft sektorunun
inkişafinda “Azersun Holdinq”in böyük rolunu qeyd edən rektor, Abdolbari
Goozalın prezident İlham Əliyevin imzladığı “Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində göstərdiyi
əməyinə görə ”Tərəqqi” medalı ilə təltif olunmasından, elmə göstərdiyi
fəaliyyətinə görə qızıl medal ilə təltif olunmasından, İmişlidəki şəkər
zavoduna görə ilin sərmayeçisi “Uğur” mükafatına layiq görülməsindən
bəhs etdi. Sonra söz məruzəçiyə verildi. Abdolbari Goozal nitqində
tələbələrə xitabən qeyd etdi: - Universitetinizin qədrini bilin və
gözəl oxuyun. Bu universitet sizin üçün bir həyat qapısıdır. Qafqaz
Universiteti bu baxımdan Azərbaycanda ən nümünəvi təhsil ocağıdır.
Burada savadlı kadrlarla yanaşı, layiqli vətəndaş və insani
keyfiyyətlərə layiq vətənpərvər insanlar yetişdirilir. Zəngin iş
adamlarından olan Abdolbari Goozal əməyi və bacarığı sayəsində bu
səviyyəyə çatdığını, pulun çox şey olduğunu lakin hər şey olmadığını
qeyd edərək, insanlığın daha önəmli olduğunu və halal zəhmətin
önəmliliyini vurğuladı. Sonra isə qonaq tələbələrin suallarını
cavablandırdı. Tədbirin sonunda Çağ Öyrətim İşlətmələri şirkətinin idarə
heyətinin sədri Dr. Enver Özeren tərəfindən qonağa xatirə plaketi
təqdim olundu.
http://mia.az/news/24154.html