Qafqaz Universitetində “Bədii Qiraət” müsabiqəsi keçirildi.


Dekabr ayının 21-də Qafqaz Universitetində Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi bölməsi və Mədəniyyət şöbəsi “Ədəbiyyat klubu”nun təşkilatçılığı ilə “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş “Bədii Qiraət” müsabiqəsi keçirildi. Qeyd edək ki, üç mərhələdə keçirilməsi nəzərdə tutulan müsabiqənin  (Birinci mərhələ oktyabrın 22-si və ikinci mərhələ noyabrın 27-də keçirilmişdir.) yekun- final mərhələsində çox maraqlı bədii qiraət nümunələri dinlənildi.
Gərgin müsabiqə şəraitində keçən tədbirin yekununda Pedaqoji fakültəsinin rəhbəri dos. Erdal Karaman müsabiqə ilə bağlı fikirlərini söylədi və qalibləri təbrik etdi.
 Daha sonra Universitetin müəllimi Qürbət Məmmədov çıxış edərək özünün yazdığı şeiri səsləndirdi.
Sonda yekun nəticələri elan etmək üçün söz Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi bölməsinin müəllimi Rəhman Quliyeva verildi. O, qalibləri elan etdikdən sonra müsabiqə təşkilatçılarına, o cümlədən Mədəniyyət şöbəsinin müdiri Dr. Zəminə Axundovaya təşəkkürünü bildirdi.     
“Bədii Qiraət” müsabiqəsində birinci yerə Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi bölməsinin IV kurs tələbəsi İmanova Sevinc; ikinci yerə Azərbaycan Ədəbiyyatı bölməsinin II kurs magistr tələbəsi Şərqiyyə Əhmədova; üçüncü yerə Kompyuter mühəndisliyi bölməsinin II kurs tələbəsi Emil Mərəyev layiq görüldü.
Sonda qaliblər mükafatlandırıldı.
http://qu.edu.az/view_news.php?news=2874&link=224&lang=az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF