Qafqaz Universiteti Tələbələrinin üzləşdiyi ənənəvi `yol` problemi


...Stenoqram.com onlayn xəbər saytı xəbər verir ki, Qafqaz Universiteti Tələbələri hərgün universitetə gəlmək üçün xeyli çətinliklərlə üzləşirlər.

Qafqaz Universitetinə iki yol gəlir, bunlardan birisi Bakı-Sumqayıt Şosesi (16-cı km) , digərisə Xırdalan şəhərindən universitetə gələn yol .
Bakı-Sumqayıt Şosesi ilə universitetə gəlib-gedən tələbələr çətinliklə üzləşməsələr də, Xırdalan şəhərinin içi universitetə gələn-gedən tələbələr xeyli çətinliklərlə üzləşirlər ...

Belə ki, `120-nin kuruqu` adlanan massivdə yol təmir-istismar işləri getdiyindən universitetin önündən gedən 135 nömrəli marşurut Xırdalan şəhərindən marşurut sisteminə qoşuldub. Hər gün tələbələr 700-800 metr yolu piyada getmək məcburiyyətində qalırlar ki, bu da öz növbəsində tələbələrin vaxt itkisi ilə üzləşməsə səbəb olur. Həm də tələbələrin piyada getdiyi yolun müəyyən hissəsinin palçıqlı olması tələbələrin vəziyyətini daha da ağırlaşdırır.

Xatırladaq ki, yolun bu hissəsinin təmir-istismar işləriylə əlaqədər olaraq keçən il də Qafqaz Universiteti Tələbələri oxşar vəziyyətlə üzləşmişdilər ...

İsmayıl Türkel


18:37 12 dekabr 2012 
http://stenoqram.com/?m=xeber&id=2867

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF