Azercell ənənəvi biznes simulyasiya (business case) yarışmasına dəstək verdi
“Azercell Telekom” MMC təhsilin inkişafına
yönəlik daha bir layihəyə dəstək vedi. Belə ki, şirkət ABŞ Təhsilli
Azərbaycan Məzunları İctimai Birliyi (AAA) ilə birgə Azərbaycan Biznes
Simulyasiyası yarışması 2012 (ABCC 2012) layihəsini həyata
keçirilməsində iştirak edib. Sözügedən layihə tələbələrə özlərini
Azərbaycanın gələcək biznes liderləri kimi hazırlamaq üçün verilən bir
imkandır. Oktyabrın 1-dən start verilən yarışmaya indiyə qədər 75-ə
yaxın komanda müraciət etsə də, onlardan yalniz 23-ü treyniqlərdə
iştirak etmək imkanı əldə ediblər. Tələbələr Azərbaycan Diplomatik
Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Qafqaz
Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını təmsil ediblər. Bir
ay ərzində AAA tərəfindən işirakçılara treyninqlər keçirilib. Dekabrın
9-da isə Azərbaycan Diplomatik Akademiyasında layihənin finalı və
qaliblərin mükafatlandırılması mərasimi keçirilib.Yarışmanın finalında
münsiflər heyətində Azercell şirkətinin prezidenti cənab K.Qaburiç
iştirak etmiş və iştirakçıları peşəkar təqdimatlar münasibətilə təbrik
etmişdir. Qaliblərə təqdim olunan pul mükafatlarından savayı layihə
iştirakçılarında bəzilərinə Azercell şirkəti adından da hədiyyələr
verilmişdir. Qeyd edək ki, Azercell daim təhsil və gənclər ilə əlaqədar
layihələrə dəstək verir.. Şirkətin təşəbbüsü ilə istedadlı tələbələr
üçün Barama proqramı reallaşdırılır. Bundan əlavə, artıq neçə illərdir
ki, Azercell-in elan etdiyi Təqaüd Proqramı çərçivəsində Azərbaycanın
ali təhsil müəssisələrində təhsil alan və yüksək nəticələr göstərən
tələbələr Azercell-dən əlavə təqaüd alırlar.
http://blog.azercell.com/2012/12/18/azercell-ənənəvi-biznes-simulyasiya-business-case-yarismasina
http://blog.azercell.com/2012/12/18/azercell-ənənəvi-biznes-simulyasiya-business-case-yarismasina